• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1837
— 05.04.2024 17:27

Xankəndi və Cəbrayılda silah-sursat aşkarlanıb

Polis əməkdaşları Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 2 tüfəng, 5 qumbara, 37 patron darağı, 3148 ədəd müxtəlif çaplı patron, 6 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar edərək götürüblər.

Cəbrayılın Daş Veysəlli kəndində isə 23 ədəd "F-1" və "RQD-5" markalı əl qumbarası tapılaraq aidiyyəti üzrə təhvil verilib.