• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1629
— 04.04.2024 19:50

Nicat Abasov Kanadanın Toronto şəhərində keçiriləcək İddiaçılar Turnirində mübarizəyə başlayacaq

Bu gün Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçiriləcək İddiaçılar Turnirində mübarizəyə başlayacaq. 28 yaşlı qrossmeyster rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gələcək. Abasov ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə 22:30-da start götürəcək.
Yarış aprelin 21-də başa çatacaq.

Bu arada Nicat Abasov "ChessBase India" kanalına müsahibə verib. 28 yaşlı qrossmeyster reytinqdə digər rəqiblərindən geridə olduğunu xatırladıb. Vurğulayıb ki, amma daha güclü rəqiblərə qarşı oynamaq həmişə maraqlıdır. Abasov onunla birlikdə Kanadaya yollanan Şəhriyar Məmmədyarov haqqında da danışıb. Komanda yoldaşının ona kömək etdiyini deyib.