![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/heyvansistemm.jpg?itok=ow0uF72_)
Bazarlara daxil olan və bazarlardan çıxarılan heyvanlar xüsusi sistemlə izləniləcək. Bunu Qida Təhlükəsizliyi Agentliyi "Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi" vasitəsilə həyata keçirəcək. Proses AQTA-nın heyvan bazarlarında apardığı monitorinqlər çərçivəsində aşkarlanan nöqsanlarla bağlı görülən tədbirlər çərçivəsində baş tutacaq. Bazarlarda dövlət baytarlıq nəzarəti təmin ediləcək, bunun üçün müvafiq şərait və iş rejimi formalaşdırılacaq.
- Baxış: 107