• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 908
— 01.04.2024 20:47

Azərbaycanın gimnastika millisi Fransada qızıl medal qazanıb

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın Tiye şəhərində keçirilən 35-ci beynəlxalq Qran-pridə uğurlu çıxış edib. Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət milli yarışda qızıl medal qazanıb. Yığma beş halqa ilə hərəkətin icrasında birinci olub.