Bakının Nərimanov rayonu, Həsən Əliyev küçəsində onaltımərtəbəli yaşayış binasında yanğın baş verib və əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının qüvvələri cəlb olunub. Binanın elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın zamanı binanın sakinləri təxliyə olunublar. TƏBİB-in məlumatına görə, yüngül xəsarətlərlə 15 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub, 1 nəfərə isə yerində tibbi yardım göstərilib.
- Baxış: 265