• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1300
— 01.04.2024 20:01

Yol qəzasında 3 nəfər xəsarət aldı

KepezTV Player

Gəncədə Şah İsmayıl Xətai prospektində avtoqəza baş verib. Hərəkərdə olan "VAZ 2107"nin sürücüsü 1974-cü il təvəllüdlü Vüqar Bayramov idarəetməni itirərək maşını 1959-cu il təvəllüdlü Musa Əsədovun sürücüsü olduğu "VAZ 21099"a çırpıb. Yol-nəqliyyat hadisəsi nəticəsində hər iki sürücü və VAZ 2107-də olan sərnişin 1960-ci il təvəllüdlü Sevda İbrahimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətləri orta ağırdır.