• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1339
— 01.04.2024 19:57

Azad olunmuş ərazilərdə ötən ay 413 mina zərərsizləşdirilib

Azərbaycan Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb. ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə mart ayı ərzində 114 tank əleyhinə mina, 299 piyada əleyhinə mina, 1254 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin, 6094.6 hektar ərazi minalardan təmizlənib.