• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2115
— 31.03.2024 18:45

Güzdək qəsəbəsinin ərazisində qumbara və partlayıcı aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinə Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub. Hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib. Sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.