• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 760
— 30.03.2024 16:14

Abşeronda odlu silah və qumbara aşkarlanıb

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hüquqpozmalara qarşı növbəti əməliyyat və profilaktik tədbirlər keçirilib. Nəticədə ümumilikdə 9 “Kalaşnikov” avtomatı, 13 əl qumbarası, 39 müxtəlif markalı ov tüfəng, 1 ədəd “Makarov” tapançası aşkar olunub və ya vətəndaşlar tərəfindən könüllü polisə təhvil verilib. Narkotiklərə qarşı keçirilən 20 əməliyyat zamanı 10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Abşeron rayonunda oğurluqlar və müxtəlif cinayət törətdikləri üçün axtarışda olan 5 nəfər saxlanılıb, “isti izlərlə” 36 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 24, xırda xuliqanlığa və xırda talamaya görə 53 fakt aşkarlanıb, mülki axtarışda olan 23 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.