• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1340
— 28.03.2024 17:23

"Fənərbağça" futbol fəaliyyətini dayandırmaq istəyir

Türkiyənin "Fənərbağça" klubu aprelin 2-də keçiriləcək növbədənkənar ümumi qurultayda komandanın gələcək taleyi ilə bağlı üç variantı gündəmə gətirəcək. İstanbul təmsilçisinin prezidenti Ali Koç sponsor şirkətlərlə görüşdüklərini və klubun strategiyası ilə bağlı razılıq aldıqlarını bildirib. O, variantların aşağı liqaya düşmək, futbol fəaliyyətini bir müddət dayandırmaq və ya ölkə xaricində çıxış etmək olduğunu deyib. Ali Koç bunun aprelin 2-də dəqiqləşəcəyini vurğulayıb. "Fənərbağça" rəhbərliyinin bu yöndə açıqlama verməsi Trabzonsporla oyundakı qalmaqalla bağlıdı. Sözügedən matçda İstanbul təmsilçinin futbolçuları yerli azarkeşlərlə dalaşıblar.  Fənər federasiyanın ağır qərarlar verəcəyindən ehtiyat edir.