• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 887
— 27.03.2024 15:32

Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək

Azərbaycanın 5 ağırlıqqaldıranı Tailandın Phuket şəhərində keçiriləcək Dünya Kubokunda çıxış edəcək. Qadınlarda Nazilə İsmayılova, kişilərdə isə İsa Rüstəmov, Ömər Cavadov, Əli Şükürlü və Dadaş Dadaşbəyli 31 mart – 11 aprel aralığında baş tutacaq yarışda qüvvələrini sınayacaqlar. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 110 ölkədən 466 atlet iştirak edəcək.