• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 906
— 19.03.2024 14:55

Gimnastlarımız Dünya kubokunda mübarizə aparacaq

Martın 22-də Almaniyanın Kotbus şəhərində batut gimnastikası üzrə Dünya kuboku start götürəcək. 3 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək. Komandamızın baş məşqçisi Vladimir Şulikinin rəhbərliyi altında Selcan Mahsudova, Hüseyn Abbasov, Mehdi Əliyev və Nicat Mirzəyev mübarizə aparacaqlar. Beynəlxalq dərəcəli hakim Kamil Quliyev yarışda ölkəmizi təmsil edəcək.