• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 695
— 18.03.2024 09:01

“İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət”

KepezTV Player

Heydər Əliyev Mərkəzində “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgi açılıb. Sərginin açılışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da iştirak edib.
Açılış mərasimində bu sərginin ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha bir göstəricisi olduğu qeyd olunub. Çıxışlardan sonra Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Azərbaycan xalçası-ilmələrin rəqsi” və “Kukla incəsənətdə” sərgiləri ilə tanış olublar. Daha sonra Mehriban Əliyeva və Saida Mirziyoyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” sərgisinin rəmzi açılışını bildirən lenti kəsiblər və ekspozisiya baxıblar. Xalça kolleksiyası səkkiz il ərzində ərsəyə gəlib. Sərgi iyulun 1-dək davam edəcək.