• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 830
— 17.03.2024 19:17

Azərbaycan gimnastları “AGF Tropy” beynəlxalq turnirində qızıl medal qazanıblar

Bakıda keçirilən idman gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində medal qazanan azərbaycanlı idmançılar mükafatlandırılıb. Böyüklər arasında mübarizə aparan gimnastlarımız ayrı-ayrı alətlər üzrə hərəkətlərdə medallara layiq görülüblər. Azərbaycan millisinin üzvləri Nikita Simonov halqalarda qızıl, İvan Tixonov paralel qollarda qızıl, halqalarda bürünc, Rəsul Əhmədzadə sərbəst hərəkətlərdə qızıl, paralel qollarda bürünc, Nazənin Teymurova dayaqlı tullanmada qızıl, müxtəlif hündürlüklü qollarda bürünc, Murad Ağarzayev isə sərbəst hərəkətlərdə gümüş medal qazanıb.