• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2419
— 17.03.2024 19:15

IX sinif şagirdləri buraxılış imtahanı veriblər

Dövlət İmtahan Mərkəzi tərəfindən Gəncədə birinci zona üzrə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. İmtahan səhər saat 11-də başlayıb və 9 binada baş tutub. Prosesə 211 nəzarətçi müəllim, 25 imtahan rəhbəri, 9 ümumi rəhbər cəlb olunub. Ümumilikdə imtahanda 2359 şagird iştirak edib. Şagirdlərə 3 saat ərzində riyaziyyatdan 25, ana dilindən 30, xarici dildən 30 test sualı, həmçinin dinləmə mətni verilib. İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 1 ay ərzində elan olunacaq.