• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2048
— 16.03.2024 20:49

“Zirə” “Kəpəz”i məğlub edib

KepezTV Player

Azərbaycan Premyer Liqasında XXVII tur davam edir. Günün ilk oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. “Zirə” bu arenada “Kəpəz”i qəbul edib. Qəsəbə komandası ikinci hissədə vurduğu qollarla qələbə qazanıb. 60-cı dəqiqədə Salifu Suma hesabı açıb. 17 dəqiqə sonra Qismət Alıyev penalti zərbəsini dəqiq yerinə yetirib. Gəncəlilərin gücü Martins Juniorun 90+4-cü dəqiqədə vurduğu təsəlli qoluna çatıb. Beləliklə, rəqibini 2:1 hesabı ilə məğlub edən “Zirə” xallarının sayını 39-a yüksəldib. “Kəpəz” isə 27 xalda qalıb.