• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 670
— 16.03.2024 20:13

"Tutuquşu qızdırması" təhlükəlidirmi?

KepezTV Player

Hazırda Avropanın bir sıra ölkələrində insanlar arasında "Tutuquşu" adlandırılan qızdırmaya yoluxma halları sürətlə artır. İlin əvvəlindən bəri  30-a yaxın yoluxma qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı xəstəliklə bağlı xəbərdarlıq edib. Əsasən quşçuluq işçilərinin, baytarların, ev quşu saxlayanların təhlükə altında olduğu açıqlanıb. Xəstəliyin insanlara keçməsi əsasən tənəffüs yolu ilə və ya lələklərdən olan hissəciklərin inhalyasiyası ilə baş verir. Əlamətləri isə insanlarda qızdırma, titrəmə, baş ağrısı, əzələ ağrıları və quru öskürəklə müşahidə edilir. Simptomlar adətən infeksiyaya yoluxduqdan 14 gün sonra üzə çıxır. Digər infeksion qriplərin əlamətləri ilə eyni olduğu üçün  həkimlər ehtiyatı əldən verməməyi və qoyulan tələblərə əməl etməyi tövsiyə edirlər.

Təranə Əzimova- həkim-infeksionist: “Bizim ölkədə, Gəncədə elə bir xəstəlik qeydiyyata alınmayıb. Digər qriplərdə necə ki, biz özümüzü qoruyurduq, həmin qorunma yolları buna da şamil olunur. Əsas kütləvi kontaktda olan yerlərdə qorunmalardan istifadə etmək lazımdır. Maskalar, şəxsi gigiyenik qaydalar, ara məsafələri- bax, bunlara əməl etmək lazımdır”.

Elnur Vahidoğlu