• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 944
— 16.03.2024 15:52

Dələduzluq etməkdə şübhəli bilinən qadın saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 2 şəhər sakinini aldadıb pullarını mənimsəməkdə şübhəli bilinən Abşeron rayin sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Nəzrin Əjdərova saxlanılıb. Polisin araşdırmaları nəticəsində müəyyən edilib ki, Əjdərova zərərçəkənlərə güzəştli mənzil almaları, eləcə də övladlarının ali təhsil müəssisələrində təhsil haqlarını ödənişsiz etdirəcəyi və təqaüd düzəldəcəyi barədə yalan vədlər verərək ümumilikdə 14000 manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib. Faktla bağlı cinayət işi başlanılıb, Nəzrin Əjdərova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.