• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1883
— 16.03.2024 13:29

Goranboyda qanunsuz qum-çınqıl daşıyanlar cərimələniblər

Yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşımasının qarşısının alınması və aşkarlanması istiqamətində Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülüb. Nadirkənd kəndində qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər. Onlar barəsində protokollar tərtib edilib.