• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 689
— 16.03.2024 13:27

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanılıblar

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən keçmiş məhkumlar İlqar Məlikov, Şamil Qasımov və Adıgözəl Süleymanov saxlanılıblar. Süleymanovdan marixuana, digər 2 nəfərdən isə metamfetamin aşkar edilərək götürülüb. Faktlarla bağlı cinayət işləri başlanıb, məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.