• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1074
— 16.03.2024 13:21

Bağlı qapı arxasında qalan yaşlı qadın xilas edilib

Fövqəladə Hallar Nazirliyinə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olan xilasedicilər tərəfindən yaşlı qadına müvafiq köməklik göstərilib.