• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1636
— 15.03.2024 16:48

Goranda açıq sahədə yanğın baş verib

KepezTV Player

Goranboy rayonu, Goran qəsəbəsi ərazisində yanğın baş verib. Goranboy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində açıq ərazidə 200 kv.m sahədə qamışlıq və vətəndaşa məxsus transformatorun çıxış kabeli 70 p.m yanıb. Ərazidə yerləşən kommunikasiya xətləri və transformator, həmçinin yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.