• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 914
— 15.03.2024 15:29

Bu gün ali məktəblərə və kolleclərə sənəd qəbulu başa çatacaq

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu bu gün saat 23:59-dək davam edəcək. Bütün ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər elektron ərizəni doldurmalı və təsdiq etməlidirlər. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər isə bu gün saat 17:00-dək müraciət edə bilərlər. Bu günə olan məlumata əsasən, 111 373 abituriyent öz ərizəsini təsdiq edib. 5183 abituriyent isə elektron ərizəsini doldurub yadda saxlasa da, hələlik təsdiq etməyib.