• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 955
— 15.03.2024 09:35

"Qarabağ" mübarizəni dayandırdı

"Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxıb. Azərbaycan çempionu Almaniyada "Bayer 04"ün qonağı olub. Güzəştsiz mübarizəyə səhnə olan qarşılaşma azarkeşlərə həyacanlı oyun yaşadıb. Görüşdə əsas hadisələr ikinci hissədə baş verib. "Köhlən atlar"dan 58-ci dəqiqədə Abdullah Zubir fərqlənərək hesabı açıb. 62-ci dəqiqədə Ağdam klubunda Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Və komandası azlıqda qalıb. Futbolçuların say nisbəti əvvəlcə Ağdam klubunun işinə yarayıb. Belə ki, 67-ci dəqiqədə Olavio Juninyo fərqlənib. Amma tədricən təzyiqi artıran "Bayer" oyunu xilas edə bilib. 72-ci dəqiqədə Leverkuzen təmsilçisində Ceremi Frimponq fərqi azaldıb. Leverkuzen klubu üçün əsas dönüş anı Patrik Şikin meydana daxil olması olub. Çexiyalı hücumçu oyunun taleyini həll edib. O, 90+3-cü dəqiqədə hesabı bərabərləşdirib. 90+7-ci dəqiqədə isə qələbə qolunu vurub. Beləliklə 3:2 hesablı qələbə qazanan "Bayer" çətinliklə mərhələ adlayıb. "Qarabağ" isə turnirlə vidalaşıb.

Bərabərlik qolundan sonra komandamın daha çox istəkli olduğunu gördüm. Bunu isə "Bayer"in baş məşqçisi Xabi Alonso "Qarabağ"a qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis matçda geridönüş etməyin asan olmadığını bildirib. İspaniyalı baş məşqçi komanda ruhunun vacib olduğunu söyləyib.