• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1479
— 15.03.2024 09:29

Goranboyda tövlə yanıb, 230 qoyun-quzu tələf olub

Goranboy rayonunun Nadirkənd kəndində tövlədə yanğın olub. Vətəndaşa məxsus təsərrüfatda olan tövlə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.Yanğın nəticəsində ümumi sahəsi 180 kvadratmetr sahəsi olan tövlə yanıb, 230 qoyun-quzu tələf olub.Təsərrüfat sahibinə xeyli zərər dəyib. Yanğının səbəbləri araşdırılır.