• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1536
— 14.03.2024 20:12

Nərimanovda narkokuryerlik edən daha bir nəfər saxlanılıb

Bakının Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı narkotik vasitələrin daşınması və satışını həyata keçirən, əvvəllər müxtəlif cinayətlər etdiyi üçün məhkum olunmuş Soltanov Hüseyn saxlanılıb. Ondan 1 kiloqram narkotik maddə olan heroin aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, H.Soltanov İran vətəndaşları ilə sosial şəbəkə vasitəsi ilə əlaqə yaradaraq öz istifadəsi, eləcə də satış üçün narkotik vasitələr əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib. Son əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 25 nəfər tutularaq barələrində cinayət işi başlanılıb. Ümumilikdə qanunsuz dövriyyədən 5 kiloqram narkotik vasitə çıxarılıb.