• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1710
— 14.03.2024 16:15

"Azərbaycan Cənubi Qafqaz regionuna sabitlik gətirdi"

KepezTV Player

Bölgədə sülhün bərqərar olması üçün səylərimizi əsirgəmirik. Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XI Qlobal Bakı Forumunda “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən panel iclasında deyib. “Cənubi Qafqazı münaqişələrdən azad etmək üçün səylər göstərməkdəyik. Postsovet məkanında bir sıra münaqişələrin alovlanmasına şahidlik etmişik. Biz Qarabağı azad etməklə Cənubi Qafqazda stabilliyi bərqərar etmiş oluruq. Çalışırıq ki, bölgədə sülhün bərqərar olması üçün səylərimizi əsirgəməyək”, - H.Hacıyev əlavə edib