• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 670
— 14.03.2024 16:12

Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir

KepezTV Player

Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir. Bu barədə Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib. 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlət başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğulayıb. Azərbaycan Prezidenti forum iştirakçılarına, həmçinin beynəlxalq qurumlarda ölkəmizə sanksiya cəhdləri və Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə də məlumat verib.