• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 980
— 14.03.2024 16:08

2026-cı ildə Dünya Şəhərsalma Forumu Azərbaycanda keçiriləcək

KepezTV Player

Azərbaycan 2026-cı ildə BMT sistemində ən vacib tədbirlərdən biri olan Dünya Şəhərsalma Forumuna da ev sahibliyi edəcək. Bu barədə Prezident İlham Əliyevin BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayderi qəbulu zamanı bildirilib. Görüşdə qeyd edilib ki, Azərbaycan ilə BMT-nin müvafiq strukturları arasında COP29-un uğurla təşkil olunması istiqamətində artıq səmərəli əməkdaşlıq qurulub və nümayəndə heyətləri yaxından işləyir. Söhbət zamanı Azərbaycanın sədrlik etdiyi COP29-un builki gündəliyinin iqlim maliyyələşməsi mövzusuna həsr olunduğuna diqqət çəkilib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan bu və digər mövzularda COP-un gündəliyinin irəli aparılması üçün səylərini əsirgəməyəcək. 

 Cənub Qaz Dəhlizinin fəaliyyəti və enerji təhlükəsizliyinin təmin olunmasında rolu
Azərbaycanla Albaniya arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir. Bu fikir isə Prezident İlham Əliyevin Albaniyanın Prezidenti Bayram Beqay ilə görüşündə səsləndirilib. Söhbət zamanı Cənub Qaz Dəhlizinin fəaliyyəti və bu layihənin enerji təhlükəsizliyinin təmin olunmasında rolu bir daha qeyd edilib. Azərbaycan tərəfindən Albaniyaya investisiya qoyuluşu məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə əlaqələrimizin inkişafında müsbət dinamizm məmnunluqla vurğulanıb. Söhbət zamanı XI Qlobal Bakı Forumunun beynəlxalq əməkdaşlığın güclənməsi işinə xidmət etdiyi qeyd olunub.