• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1001
— 14.03.2024 11:53

"Neftçi" qələbə qazanıb

Azərbaycan Basketbol Liqasında 15-ci tura start verilib. Sərhədçi" İdman Mərkəzində baş tutan turun açılış oyununda "Neftçi" və "Gəncə" klubları üz-üzə gəliblər. Pley-off zonasında qərarlaşan "Neftçi" rəqibi üzərində 97:62 hesablı rahat qələbəyə sevinib. Bu, Bakı təmsilçisinin çempionatda 11-ci qələbəsi olub. Ən məhsuldar basketbolçular "Neftçi"dən Di Ancelo Stüart, "Gəncə"dən İrşad Hant olub. Sonuncu 19 xal və 11 ribaund ilə oynayıb. 15-ci turun növbəti oyunları 15, 16 və 17 mart tarixlərində baş tutacaq.