• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 681
— 13.03.2024 15:59

Binəqədidə 2 avtomat aşkarlanıb, narkotiklə bağlı 51 nəfər saxlanılıb

Bakının Binəqədi rayonunun Biləcəri və Xocəsən qəsəbələri ərazilərindən 2 ədəd "Kalaşnikov" avtomatı, 59 ədəd patron və 2 ədəd patron darağı aşkar olunaraq götürülüb. Rayon Polis İdarəsinin əməkdaşlarının fevral ayının əvvəlindən indiyədək keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 51 nəfər saxlanılıb. Həmin şəxslərdən 7 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkar edilib. Qeyd edilən dövrdə vətəndaşlarla aparılaran profilaktik söhbətlər zamanı 13 ədəd odlu silah və 3600 ədəd patron polis əməkdaşlarına könüllü təhvil verilib.