• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 906
— 13.03.2024 12:00

Keçmiş məcburi köçkünlərin 95 faizi doğma yurd-yuvasına qayıtmaq niyyətindədir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi məqsədilə məcburi köçkünlər arasında sosioloji sorğunun keçirilməsi və ilkin proqnozların hazırlanması” layihəsi həyata keçirilib. Sorğulara Şuşa, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Xocavənd, Xocalı və Füzulidən olan 170 respondent cəlb olunub. Sorğu zamanı keçmiş məcburi köçkünlərin 95 faizinin öz doğma yurd-yuvasına qayıtmaq niyyətində olduğu bir daha təsdiqlənib.