COP29 əsas məqsədi iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsinə mümkün qədər çox özəl sektoru cəlb etməkdir. Özəl sektor yeni təşəbbüs, format, maliyyələşdirmə mexanizmləri üçün çox yaxşı mənbədir. Bunu COP29 Tərəflər Konfransının 29-cu sessiyasının sədri Muxtar Babayev “The Guardian” qəzetində dərc olunan müəllif məqaləsində bildirib. Son iki ildə Avropa, o cümlədən Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələri şaxələndirilib və siyasi iradə olarsa, enerji keçidinin nə qədər tez həyata keçirilə biləcəyini göstərib. Minalardan təmizlənmiş torpaqlarımızda tikilən dünyanın ən böyük günəş paneli qurğularından birinin bir hissəsi olacaq təməl işlərinə ötən ay başlanılıb. Günəş və hidroenergetikanın gələcək inkişafı, eləcə də 157 GVt-lıq dəniz külək stansiyalarının istifadəsi iqtisadiyyatı neft və qaz ixracından bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalına keçirəcək və Xəzər-Qara dəniz "yaşıl" enerji dəhlizi vasitəsilə qonşularımıza və Avropa İttifaqına ixrac ediləcək.", - deyə Muxtar Babayev əlavə edib.
- Baxış: 99