• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1316
— 12.03.2024 16:06

Su Həftəsi işə başlayıb

Bakı Ekspo Mərkəzində ilk dəfə olaraq Bakı Su Həftəsi işə başlayıb. Bu sahənin bundan sonrakı inkişafı, mövcud çətinliklərin və həll yollarının müzakirəsi, maraqlı tərəflər üçün yeni fürsətləri əlçatan etmək məqsədilə ölkəmiz region üçün böyük əhəmiyyət daşıyan beynəlxalq tədbirə ev sahibliyi edir. Bu tədbir mütəxəssislərə, hökumət təşkilatlarına və biznes sektoruna bilik və təcrübə mübadiləsi, yeni ideyaları araşdırmaq və su ilə bağlı problemlərin həlli üçün innovativ üsullar tapmaq imkanı yaradacaq.