• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1417
— 12.03.2024 09:38

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur. Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir və Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir. Yel çərşənbəsində həm də son çərşənbəyə və Novruza hazırlıq görülür, ev-eşik, həyət-baca təmizlənir, şirniyyatar bişirilir. İlaxır - Torpaq çərşənbəsi martın 19-da qeyd olunacaq. Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.