• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1111
— 11.03.2024 16:00

Yol qəzasında 3 nəfər xəsarət alıb

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Uzuntəpə kəndində hərəkətdə olan minik maşını traktorun qoşqusuna çırpılıb. Nəticədə 3 nəfər - Astara sakinləri Ramin Kamil oğlu İmanverdiyev, Abbas Əziz oğlu Qədirov və Uzuntəpə kənd sakini Aydın Qədirağa oğlu Paşayevin xəsarət alıb. Onlar rayon xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.