• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 672
— 11.03.2024 11:41

Yeddi nəfər dəm qazından zəhərlənib

Gədəbəydə dəm qazından zəhərlənmə faktları olub. Rayonun Qaradağ kəndində bir ailədən dörd nəfər - 6, 8, 29 və 30 yaşlı rayon sakinləri dəm qazından zəhərləniblər. Şəhərin Səməd Vurğun küçəsində 69 yaşlı, rayonun Gərgər kəndində isə 14 yaşlı yeniyetmə və qadın eyni diaqnozla xəstəxanalıq olublar. Zərərçəkənlərin hamısına lazımi tibbi yardım göstərilib və daha sonra evə buraxılıblar.