• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1243
— 06.03.2024 10:28

Maraqlıdır

Həvəskar arxeoloq Conatan Nidhem, Staffordşirdə tədqiqatlar apararkən, diqqətəlayiq şəkildə qorunub saxlanmış qızılı sancaq tapıb. Britaniya Muzeyindən verilən açıqlamaya görə, tədqiqatçıların artefaktın yaşını müəyyən etməsi çox çəkməyib-oxşar elementlər son tunc dövründə, yəni eramızdan əvvəl 1000-800-cü illərdə paltarların bərkidilməsi üçün istifadə olunub. Müvafiq olaraq, yeni nümunənin ən azı 3000 yaşı var. Muzey mütəxəssisləri, həmçinin müəyyən ediblər ki, sancaq böyük ehtimalla İrlandiyada hazırlanıb və bu, qədim ingilislərlə qonşu adanın sakinləri arasında sıx mədəni əlaqənin olduğunu göstərir. Təxminən 13 santimetr uzunluğunda olan sancaq saxta qızıldan hazırlanıb. Hər iki ucunda ustalıqla qaldırılmış iki konus formalı tutacaq görünür. Üzərində bir neçə cızıq var, ehtimal ki, köhnəlikdəndir, lakin əla vəziyyətdədir. Tədqiqatçılar sancağı "Britaniyadan ən yaxşı qorunan bəzək əşyası" adlandırıblar və onu son illərin mühüm arxeoloji kəşflərindən biri hesab ediblər.

Bu Komodo əjdahasıdır. Dünyada yaşayan ən böyük kərtənkələdir. Uzunluğu 3 metrə qədər olur və təxminən 100 kq-dır. Bundan əlavə, Komodo əjdahaları dünyada zəhərli bezləri olan bir neçə kərtənkələ arasındadır. Bu əjdaha nisbətən az dişləmə gücünə sahib böyük bir yırtıcıdır. Nəhəng kərtənkələlərin əsl silahı iti dişləri, zəhərli tüpürcəkləri və səbrləridir. Yetkin bir Komodo əjdahası, təxminən 300 kq ağırlığında bir su camışını öldürə bilər. Bundan əlavə, Komodo əjdahaları bir neçə kilometr məsafədən yırtıcı və ya leş qoxusu ala bilər. Bu əjdahaların elmi adı Varanus Komodoensisdir. Ancaq daha çox Komodo əjdahası, Ora və Buaja Darat adlarıyla tanınır. Təbiətdə Komodo əjdahası təxminən 50 il yaşasa da, heyvanxanada onun ömrü 25 ildən uzun olmur. Bu yırtıcılar İndoneziya ərazisindəki 4 adada yaşayır. Onlar sadəcə Komodo adasında azaddırlar. Bura gələn turistlər üçün onları görmək çox çətindir. Kələzlərin kamuflyaj dərisi ətraf mühitə elə adaptasiya edilir ki, onları görmək mümkün olmur. Bu canlılara yaxınlaşmaq da məsləhət deyil. “Komodo əjdahaları" at, begemot, hətta öz balaları ilə də qidalanır.

Qadağanın nə olduğunu bilmək istəyirsinizsə, fikriniz məndə olsun. Deməli, Barbadosda rahat və ya dəbli paltar geyinmək sizi problemə sala bilər. Üzərində kamuflyaj dizaynı olan geyimlər qeyri-qanunidir və onlara görə cərimələnə bilərsiniz. Bunun səbəbi isə, kamuflyajın ölkənin narkotik və müdafiə zabitləri tərəfindən geyinilməsidir, buna görə belə geyimdə polis məmuru kimi görünə bilərsiniz.

Lalə Sadıqova

 

ƏTRAFLI...