Ağcabədi rayonunda vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər davam etdirilir. Görülən işlərin nəticəsi olaraq daha 4 müxtəlif kalibrli tüfəng könüllü təhvil verilib.
Bundan başqa, ötən gün rayon ərazisindən aşkar olunan 1 ədəd “Kalaşnikov” markalı avtomat və xeyli sayda patron da polis əməkdaşları tərəfindən həmin ünvandan götürülüb.
- Baxış: 179