• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 770
— 08.03.2024 16:23

Avropa Liqasında həftənin rəmzi komandasına düşüb

"Qarabağ"ın oyunçusu Yassin Benziya UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra açıqlanan rəmzi komandaya düşüb. Həftənin rəmzi komandası "Sofa Score" tərəfindən hazırlanıb. 8 balla qiymətləndirilən Benzia "Bayer 04"ə qarşı matçda 1 qolla yadda qalıb. "Qarabağ"ın üzvü "Roma"dan Stefan El-Şaaravi, "Benfika"dan Anxel Di Mariya, "Liverpul"dan Aleksis Makallisterlə birlikdə mövqeyinin ən yaxşılarından olub