“Fevral ayının sonunda Beynəlxalq Qızılı Xaç Komitəsi əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər”. Bu barədə qurumun Azərbaycan nümayəndəliyindən bildirilib. Onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb. Ötən il Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda separatçı rejimiə rəhbərlik etmiş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.
- Baxış: 87