• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2112
— 06.03.2024 15:44

Yunan-Roma güləşi üzrə birincilik keçirilib

Gəncədə yunan-Roma güləşi üzrə yeniyetmələr arasında yarış keçirilib. "Təhsil" Respublika İdman Mərkəzinin birinciliyi mərkəzin müxtəlif bölgələrdə olan filiallarının 2007-2009 təvəllüdlü yetirmələri arasında təşkil edilib. Gəncə İdman Liseyində baş tutan mübarizələrdə 250-dən çox güləşçi qüvvəsini sınayıb. Yarış qarşıdan gələn Respublika əhəmiyyətli birinciliklərə, eləcə də beynəlxalq səviyyəli turnirlərə hazırlıq məqsədi daşıyıb. Sonda qalib idmançılar medal və diplomlarla mükafatlandırılıblar.