• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1598
— 04.03.2024 19:43

Azad edilən ərazilərdə 216 mina zərərsizləşdirilib

Azərbaycan Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb. ANAMA-dan açıqlanan məlumata görə, həftə ərzində 59 tank əleyhinə mina, 157 piyada əleyhinə mina, 371 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin, 2 min 20 hektara yaxın ərazi minalardan təmizlənib. Minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.