• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1270
— 02.03.2024 15:59

İki evin dam örtüyü yanğındı

Gəncədə iki evdə yanğın olub. Hadisə şəhərin Aydın Məmmədov küçəsində qeydə alınıb. Əntiqə Məmmədovaya məxsus evin 90 kvm olan dam örtüyü və Zeynəb Məmməovaya məxsus qonşu evin 70 kvm-lik dam örtüyü yanıb. Baş verən yanğın evin daxili otaqlarına da ziyan vurub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 4 yanğın söndürən avtomobili və 30-dan artıq canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb və alov söndürülərək qonşu evlərə keçməsinə imkan verilməyib.