• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1600
— 02.03.2024 12:14

Salyan sakinləri 6 kiloqram narkotiklə tutulublar

KepezTV Player

İmişlidə polisin keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Salyan rayon sakinləri Allahşükür Yusibov və Elçin Abdullayev saxlanılıblar. Həmin şəxslərdən 6 kiloqram narkotik vasitə marixuana, tiryək, metamfetamin, 80 ədəd psixotrop tərkibli həb, həmçinin "TT" markalı tapança və həmin silaha aid 12 ədəd patron aşkar edilərək götürülüb. A.Yusibov və E.Abdullayev narkotikləri sosial şəbəkə vasitəsilə tanış olduqları əcnəbi narkotacirdən onlayn yolla aldıqlarını bildiriblər. Faktla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.