• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 751
— 02.03.2024 12:00

Silah-sursat aşkarlanıb

KepezTV Player

Göygöl Rayon Polis Şöbəsinə rayonun Topalhəsənli, Borsunlu, Köşkülü və Mollacəlilli kəndləri ərazisində silah-sursat olması barədə məlumat daxil olub. Qeyd edilən ərazilərdən 688 ədəd müxtəlif kalibirli avtomat patronlar, daraqlar və “Revolver” tipli tapança aşkar edilərək götürülüb. Araşdırmalar davam etdirilir. Bundan başqa polis əməkdaşlarının vətəndaşlarda olan qanunsuz odlu silahların aşkarlanması və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri profilaktik tədbirlər nəticəsində rayonun Şəhriyar kənd sakini 1 ədəd “İJ” markalı müvafiq sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib.