• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2344
— 29.02.2024 18:51

Xocalıda kütləvi məzarlıqdan daha bir azyaşlının qalıqları çıxarılıb

Xocalıda aşkar edilən kütləvi məzarlıqdan daha bir azyaşlının qalıqları çıxarılıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Baxış istintaq hərəkəti nəticəsində azyaşlıya aid insan qalıqlarının aşkar edilməsi, bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 5 nəfər şəxsə məxsus olması, onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması müəyyən edilib. Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində hadisə yerinin müayinəsi davam etdirilir.