Bakının Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində evlərdən oğurluq edən şəxs yaxalanıb. Onun paytaxt sakini, əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Vüsal Məmmədov olduğu müəyyən edilib. Araşdırma zamanı Məmmədovun rayon ərazisində 6 evdən pul və digər qiymətli əşyalar oğurladığı məlum olub. Faktlarla bağlı polis Şöbəsində araşdırmalar aparılır.
- Baxış: 133