• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1532
— 29.02.2024 15:49

Xankəndi - Bakı ultra marafonunun ilk mərhələsi başa çatıb

KepezTV Player

Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi Xankəndi - Bakı ultra marafonunun ilk mərhələsi başa çatıb. İştirakçılar “Qürurla irəli” şüarı ilə ilk dəfə keçirilən yarışda 83 km məsafə qət ediblər. Xankəndidə başlayan yürüşün birinci mərhələsi Yevlaxda yekunlaşıb. Birinci yeri Elmir Əskərov tutub. O, 83 km məsafəni 6 saat 52 dəqiqəyə qət edib. Ağa Əliyev finişə ikinci, Elman Abışov isə üçüncü pillədə çatıb. İdmançılar daha sonra Yevlax - Ucar , Ucar - Hacıqabul, Hacıqabul - Qobustan və Qobustan - Bakı mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar. Ultra marafonda ümumilikdə 64 idmançı mübarizə aparır. Onlar arasında Türkiyə, Meksika və Moldova təmsilçiləri də var.