• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1190
— 29.02.2024 12:06

Avtoxuliqan həbs olunub

KepezTV Player

Qəbələ Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən də keçirilən tədbirlər nəticəsində avtoxuliqanlıq edən və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb. Rayon sakini Əli Ömərov idarə etdiyi “Xəzər” markalı avtomobil ilə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib. Onun barəsində tərtib olunan protokol baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə Ə.Ömərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla o, 15 sutka inzibati həbs olunub.